İlan xəbərdarlığı!

15-10-2021, 08:46           
İlan xəbərdarlığı!
Dünyanın ən zəhərli ilanları şəhərdə dolaşır

Avstraliyada yaşayan ilan ovçusu Sean Cade fərqli ilan növlərinin sayında diqqət çəkən artım olduğunu həyəcanla xəbər verir. İlan ovçusu hesab edir ki, əsas səbəb iqlim dəyişikliyi ilə bağlıdır. Avstraliyanın bir çox bölgələrində son zamanlar nəhəng ilanların sayında yüksək artım müşahidə edilir. Bu ilanların uzunluğu 2 metrə yaxındır. Qabıqlarının qalın olması isə onların çox güclü olduğuna işarədir. Sean Cade bölgə sakinlərinə ehtiyatlı olmağı tövsiyə edir.

İlan ovçusu hesab edir ki, ilanların sayının artması qarşıda ilan istilası ola biləcəyinin xəbərçisidir. Sidney şəhərində bir mülk sahibi evə nəhəng ilanın girdiyini xəbər verib və ilanı yaxalamaq üçün xüsusi heyət ora yollanıb. Sean Cade gün ərzində ilan istilası ilə bağlı 25 çağırış olduğunu deyib. Getdikləri ünvanlarda evlərin içində, ya da bağçada nəhəng ölçüdə ilanlarla qarşılaşıblar.

Nəhəng olmaqları ilə yanaşı onların dünyanın ən zəhərli ilanları olduğu da bildirilir. Bunlar qarnının altı qırmızı, beli qara ilanlardır.

Qəhvə rəngli bir ilanı yaxalamaq istəyərkən ilan aqressiv davranıb və kamerayla çəkiliş aparan əməkdaşın üzərinə atlanmaq istəyib.

Mütəxəssislər Avstraliyanın bəzi bölgələrində ilanların sayının artmasının bir səbəbi kimi də siçan vəbasının yayıldığını göstərir. Siçanlarla qidalanan ilanlar kökəlir və ölçüləri də böyüyür. Bu onları daha da yırtıcılaşdırır. Özünə güvənən ilanlar artıq şəhərin içinə enirlər. Hətta bala ilanlar da insanların ölümünə səbəb olur. Avstraliya Northern Riversdə yaşayan Belinda Kane bu günlərdə feysbuk səhifəsində gecə rastlaşdığı ilanın fotosunu paylaşmışdı.

Və belə yazmışdı: Gecə “ziyarətçim varmış. Amma köynəyini (qabığını) çıxarıb getmiş”. B.Kane bağçada rastlaşdığı uzun ilan qabığının fotosunu da paylaşmışdı.
sherq












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru