"Mərkəzi Qan Bankı həyat yoldaşım üçün nəzərdə tutulan 7 nəfər qohumumun verdiyi qanı satıb" - GİLEY

21-10-2021, 10:48           
"Mərkəzi Qan Bankı həyat yoldaşım üçün nəzərdə tutulan 7 nəfər qohumumun verdiyi qanı satıb" - GİLEY
Hurriyyet.az-a müraciət edən Şəki şəhəri, Mirzə Fətəli Axundov prospekti, dalan 15, ev 4-də yaşayan Rahim Fərrux oğlu Nəsirov Milli Onkologiya Mərkəzində əməliyyat olunan həyat yoldaşı üçün nəzərdə tutulan, daha dəqiq desək, Mərkəzi Qan Bankına verilən qanın oğurlandığını bildirib.

O, həmçinin qeyd edib ki, Heydər Əliyev Fondu və Şəki Rayon İcra Hakimiyyəti tərəfindən Milli Onkologiya Mərkəzinin rəhbərliyinə zəng edilib tapşırıq verilməsinə baxmayaraq, həyat yoldaşının əməliyyatı pulsuz baş tutmayıb: "Xəstənin - həyat yoldaşımın əməliyyat paltarını öz hesabıma almışam. Hətta tikiş aparatını da 781 manat 55 qəpiyə özüm almışam. Hələ həkimə veriləcək pulu danışmıram. Əsas problem ondadır ki, təxminən, 10 gün öncə həyat yoldaşıma Milli Onkologiya Mərkəzində əməliyyatdan sonra qan lazım olduğu üçün Şəki Qan Bankında 7 nəfər qohumum qan verib. Və bizə bildirilib ki, sabah Mərkəzi Qan Bankından maşın gələcək, siz əməliyyat olunduqda təqdimat verib Mərkəzi Qan Bankından qanı götürə bilərsiniz. Buna görə də 3 gün öncə yoldaşımla Bakıya gəldik və Mərkəzi Qan Bankına üz tutduq. Bu zaman orda yoxladıqdan sonra dedilər ki, sizin üçün 7 nəfər qan verib. Bu gün, yəni oktyabrın 20-də yoldaşım Milli Onkologiya Mərkəzində əməliyyat olunub. 3 gündür Milli Onkologiya Mərkəzində deyirəm ki, bizim qanımız, yəni 7 nəfər qohumumun verdiyi qan Mərkəzi Qan Bankındadır, onu bura gətirin. Lakin gətirmirlər, deyirlər ki, qan gəlməyib".

Bundan sonra Mərkəzi Qan Bankının Şəki Bölməsinin müdiri ilə telefon əlaqəsi saxladığını vurğulayan şikayətçinin sözlərinə görə, oradan qanın Bakıya, Mərkəzi Qan Bankına göndərildiyi deyilib: "Səhərdən Milli Onkologiya Mərkəzinin qarşısında şəxsi avtomobilimdə oturub gözləyirəm, lakin hələ də 7 nəfər qohumumun həyat yoldaşım üçün verdiyi qanı tapar yoxdur. Təxminən, 2 saat öncə TƏBİB-ə ("Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxs-red.) zəng edib məlumat vermişəm. Deyirlər ki, problemi operativ şəkildə həll edəcəyik. Lakin hələ də operativlik deyilən bir şey yoxdur. Yəqin ki, xəstənin ölməsini gözləyirlər. 7 nəfər qohumum qan verib, lakin hələ də ortada qan yoxdur. Şəki məsuliyyəti Bakının, Bakı da Şəkinin üstünə atır. Vallah, bu biabırçılıqdır. Oktyabrın 11-də qan verilib, ancaq üzərindən 9 gün keçsə də həyat yoldaşım üçün lazım olan qan verilməyib".

Artıq üzləşdiyi problemlə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə məlumat verdiyini deyən Rahim Nəsirov iddia edir ki, Mərkəzi Qan Bankından həyat yoldaşı üçün nəzərdə tutulan qan oğurlanıb: "Xəstə həyat yoldaşım üçün nəzərdə tutulan 7 nəfər qohumumun verdiyi qanı satıblar. Axı, bu qan hardadır?!"
шаблоны для dle 11.2



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.