“Azərsun Holdinq”ə məxsus bu zavodlar bağlanır

29-10-2021, 11:38           
“Azərsun Holdinq”ə məxsus bu zavodlar bağlanır
Ölkənin aparıcı şirkətlərindən olan “Azərsun Holdinq”ə məxsus iki konserv zavodu bağlanır.

Teref.az yeniavaz-a istinadən xəbər verir ki, bu barədə məlumat “Vergilər” qəzetində yer alıb.

Məlumatda qeyd olunur ki, 30 noyabr 2021-ci il tarixdə saat 11:00-da, Lənkəran rayonu, Lənkəran şəhəri, Əli Bayramov küçəsi, 77 ünvanında “Lənkəran-Konserv” ASC-nin, 7 dekabr 2021-ci il tarixdə saat 11:00-da, Qazax rayonu, Qazax şəhəri, Ə. Şıxlinski küçəsi, 105 ünvanında “Qazax Konserv Zavodu” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir. Səhmdarların növbədənkənar ümumi yığıncağında ASC-lərin ləğv edilməsi məsələsi müzakirə olunacaqdır.

Məlumat üçün qeyd edək ki, “Lənkəran-Konserv” ASC 07.10.1997-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2 milyon 862 min 402 manat olan ASC-nin qanuni təmsilçisi Əliyev Nurlan İntiqam oğludur.

“Qazax Konserv Zavodu” ASC isə 27.11.1998-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1 milyon 158 min 572 manat olan ASC-nin qanuni təmsilçisi Özal Bakırdı.

Onu da bildirək ki, ölkədə “Azərsun Holdinq”ə məxsus 4 konserv zavodu – “Qafqaz Konserv Zavodu” (Xaçmaz şəhəri), “Biləsuvar Konserv Zavodu”, “Lənkəran Konserv Zavodu” və “Qazax Konserv Zavodu” fəaliyyət göstərir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.