“”Azəristiliktəhcizat” təqvimlə istilik verilməsindən imtina etməlidir” - QUBAD İBADOĞLU

1-11-2021, 00:00           
“”Azəristiliktəhcizat” təqvimlə istilik verilməsindən imtina etməlidir” -
Bugün oktyabrın 31-də dünyanın əksər yerlərində, o cümlədən ABŞ-da, Böyük Britaniyada, Avropda qış mövsümünə keçdilər, saatı da 1 saat geri çəkdilər. Azərbaycanda isə saatlarda dəyişiklik olmasa da qış mövsümünə keçid də noyabrın 15-də gözlənilir.
Ötən ilin bu vaxtları əsgərlərimizin bəxtindən havalar mülayim keçirdi.

Bu il havalar əvvəlki illərə nisbətən daha soyuq keçsə də “Azəristiliktəhcizat” mənzillərə hələ də istilik vermir.

Çox güman ki, istilik verilməmişdən əvvəl qiymətlər yenidən bahalaşacaq, yaxın günlərdə bunun şahidi olacagıq.
Əvvəl yazmışdım, bir daha təkrar edirəm, əvvəllər yaşadığım ABŞ-da
və indi olduğum Böyük Britaniyada evlərə istiliyin verilməsi çöldəki hərarətə uyğun tənzimlənir. Azərbaycan da bu sistemə keçməlidir.
Belə olan halda hətta qışda havalar isti keçərsə, o zaman istiliyə fasilə verilə bilər.

Odur ki, Nazirlər Kabineti, “Azəristiliktəhcizat” ASC təqvimlə istilik verilməsindən imtina etməli, Bakıda, Gəncədə, Sumqayıtda və digər şəhərlərdə günü sabahdan mənzillərə, sosial müəssisələrə, xəstəxanalara, məktəblərə, uşaq baxçalarına istilik verməyə başlamalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru