Açıq məkanda reklama görə bu qədər rüsum ödəyəcəksiniz

1-11-2021, 15:54           
Açıq məkanda reklama görə bu qədər rüsum ödəyəcəksiniz
Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və ödənilməsinin xüsusiyyətlərinə görə rüsumların yeni qiymətləri müəyyənləşib.

Bu barədə “Dövlət rüsumu haqqında” qanunda bildirilir.

Belə ki, reklam daşıyıcısının quraşdırıldığı zonadan asılı olaraq bu Qanunun 33-1-ci maddəsində nəzərdə tutulmuş dövlət rüsumunun məbləğlərinə aşağıdakı əmsallar tətbiq edilir:


Bakı şəhəri üzrə – 1;

Gəncə, Sumqayıt və Xırdalan şəhərləri üzrə – 0,8;

Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Mingəçevir, Şirvan, Lənkəran, Yevlax, Şəki, Qəbələ, Quba, Naftalan şəhərləri və

Xaçmaz rayonunun Nabran qəsəbəsi üzrə – 0,7;

Digər şəhər (rayon), qəsəbə və kənd üzrə – 0,5.

Qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə ediləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru