Bərdənin bu məktəbində uşaqları döyürlər, müəllimləri isə… – Polisə şikayət
2-11-2021, 12:20
Bərdənin Nazırlı kənd 1 saylı tam orta məktəbindən şikayət var. Reportyor.info xəbər verir ki, məktəbin direktoru Yusif Şahlar oğlu Nəcəfov dərs bölgüsünü düzgün aparmamaqda günahlandırılır. Məlumata görə bu səbəbdən məktəbin müəllimləri ilə mübahisəyə girişib. Dərs bölgüsü zamanı haqqının pozulduğunu düşünən müəllimlərdən biri direktorun əməlini qanunsuz hesab edərək Bərdə rayon prokurorluğuna şikayət edib. Valideynlərin bildirdiyinə görə, Yusif Nəcəfovun direktor təyin edildiyi vaxtdan Nazırlı məktəbində baş verən qanunsuz olaylar bununla yekunlaşmır. Məktəbdə şagirdlərin döyülməsi adi hala alıb. Bir neçə gün öncə məktəbin 8-ci sinif şagirdləri Babək və Sabit adlı şagirdlərin tədris hissə müdiri Sergey Talıb oğlu Cavadov tərəfindən döyülməsinə görə valideynlər polis orqanlarına şikayət ediblər.