“Konstra” MTK-nın rəhbərini həbs gözləyir? - Ölkədən çıxşına qadağa qoyuldu

3-11-2021, 00:06           
“Konstra” MTK-nın rəhbərini həbs gözləyir? -
Azərbaycanlı iş adamı, “Konstra” MTK-nin rəhbəri Bəsrət Abbaslının ölkədən çıxışına qadağa qoyulub.

Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddiası əsasında Bakı Kommersiya Məhkəməsi tərəfindən B.Abbaslı barəsində yekun məhkəmə aktı çıxarılıb. “Konstra” MTK-nin dövlət büdcəsinə 73 min manat vergi borcu var.

Qeyd edək ki, B.Abbaslı Hesablama Palatasının Dövlət investisiyalarının auditi şöbəsinin sabiq müdiri Bəhram Abbaslının oğludur.

“Konstra” MTK isə bir neçə dəfə barəsindəki şikayətlərlə gündəmə gəlib. Ötən ilin iyununda Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən şirkətin təsisçilərinə qarşı cinayət işi başlanılıb. Belə ki, onlar vəzifə səlahiyyətlərindən sui-istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etmək, pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunub.
bizimxeber












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru