“Necə olur ki, ölmüş adamın vergi borcunu varisləri ödəməlidir, amma varisləri onun dövlətdən alacağını geri almaq üçün əziyyət çəkməlidir?!”

3-11-2021, 18:32           
“Necə olur ki, ölmüş adamın vergi borcunu varisləri ödəməlidir, amma varisləri onun dövlətdən alacağını geri almaq üçün əziyyət çəkməlidir?!”
“Azərbaycanda ölmüş hesab edilən şəxsin vergi borcunu onun varisi ödəyəcək. Təəccüblüdür. Çünki həyatını dəyişən şəxlərin Sosial Müdafiə Fonduna ödədiyi vəsaitin ailə tərəfindən geri alınması üçün böyük çətinliklər var. Yəni, necə olur ki, ölmüş adamın dövlətə olan vergi borcunu varisləri mütləq ödəməlidir, amma varisləri onun dövlətdən alacağını geri almaq üçün əziyyət çəkməlidir?!”

Sozcu.az xəbər verir ki, bunu ekspert Natiq Cəfərli deyib.

“Ölkəyə gətirilən elektriklə işləyən avtomobillərin vergisi ləğv edilmir, amma onların şarjı üçün istifadə olunan avadanlıqlar ƏDV-dən azad edilir. İli 3 ildən köhnə, motor həcmi 2000 sm3-dən yuxarı olan avtomobillərin aksiz vergisi kəskin artır, 7 ildən artıq olanlar isə fantastik olaraq artırılır. Bunun müsbət tərəfi odur ki, ekoloji cəhətdən problem yaradan motor həcmi yüksək olan avtomobillərin ölkəyə gətrilməsi azalacaq, amma artıq ölkədə olan belə avtomobillərin ikinci əl bazarında qiymətləri kəskin artacaq” – ekspert əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru