SSRİ-də nə qədər maaş verilirdi?-
7-11-2021, 16:38

Sovet dönəmində mağazalaın vitrinlərində çəkilən fotolar social şəbəkədə geniş müzakirə yaradıb.
Cebhe.info xəbər verir ki, “Facebook”dakı “Mənim Moskvam” qrupunun üzvləri SSRİ-də ərzaq qiymətlərini və maaşları xatırlayıblar.
Ən çox müzakirə edilən məhsul yumurta olub. Ruslar hətta əvvəllər onun qiymətinin nə qədər olduğuna dair mübahisə ediblər - 0,9 rubl və ya 1,1 rubl? Sonda razılaşıblar ki, hər kəs ailəsində üstünlük verilən yumurtanın qiymətini xatırlayır.
Ölkənin müxtəlif bölgələrində qiymətləri müqayisə edilib. “Kamçatkada hər şey ən bahalı idi - yemək və geyim. Amma bizim kənd təsərrüfatı yaxşı inkişaf etmişdi. Ona görə də kələm, kartof, kök, çuğundur və şalgam ucuz idi. Kələm noyabrda kiloqramı iki qəpikdən satılırdı. Hər ailə turşu üçün ən azı beş kisə alırdı”, - deyə istifadəçilərdən biri yazıb.
"Mən ora getmək isdəyirəm! 20 qəpiyə karusellər vardı. Sevdiyiniz dondurma isə 7 qəpiyə idi”, - deyə moskvalı bildirib.
İstifadəçilərdən biri sovet vətəndaşlarının cəmi 65 rubl maaş aldığını yazıb. “Rəsmi statistikaya görə, 1969-cu ildə SSRİ-də orta əmək haqqı 115,6 rubl idi. 65 rubl o vaxt minimum əmək haqqı idi".