Cinayət işinə sənədlərdə hakim Hafiz Əliyev sədrlik etsə də, faktiki sədr Rəşad Əliyev idi.
9-11-2021, 17:10

Teref.az xəbər verir ki, mışhur vəkil Elçin Sadigov öz feysbuk səhifəsində yazır ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin Rəşad Əliyev adlə bir sədri var. Cinayət işinə kağızlar üzərində hansı hakimin sədrlik etməsindən asılı olmayaraq Rəşad Əliyev məhkəmə iclaslarına qanunsuz sədrlik edir. Digər iki hakimin heç vaxt ortadakı kürsüdə oturduğunu görməmişəm.
Həmin məhkəmədə mənim müdafiəçi olduğum AR CM-nin 188.4.1. Maddəsi ilə saxta və uydurma bir cinayət işi vardır.
Cinayət işinə sənədlərdə hakim Hafiz Əliyev sədrlik etsə də, faktiki sədr Rəşad Əliyev idi.
Təqsirləndirilən şəxs bildirdi ki, rayon prokuroru onunla düşmənçilik edən məmurdan pul alaraq onu həbs edib.
Bunu eşidən Rəşad Əliyev dedi ki, belə ifadələr yolveilməzdir, təqsirləndirilən şəxs AR CM-nin 296-cı (bilə-bilə yalan xəbərçilik etmə) maddəsi ilə iltizama imza etməlidir.
Təqsirləndirilən şəxs iltizama imza etdi. Daha sonra Rəşad Əliyev mənə dedi ki, iltizama siz də qol çəkin. Mən AR Konstitusiya Məhkəməsinin 14 okttyabr 2019-cu il tarixli qərarında ümumiyyətlə vəkilin və mdafiəçinin adının çəkilmədiyini, vəkilə belə bir təklifin qanunsuz olduğunu bildirdim.
Rəşad Əliyev dedi ki, əgər imza etmirsənsə şahid kimi təsdiq etməlisən ki, həmin iltizamı sizin yanınızda almışıq.
Rəşad Əliyevin diqqətinə çatdırdım ki, vəkil apardığı işlə bağlı şahid ola bilməz. Bunu eşidən Rəşad Əliyev məndən VKRH-ə şikayət edəcəyi ilə məni hədələdi.
İnsanları müdafiəni cinayət kimi qiymətləndirən hakimlər də var.
Deyirəm ki, belə adamların məni tapmağında da, yəqin bir ilahi hikmət var..
Elchin Sadigov
Teref.az olaraq qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq!
Teref.az