Kitab, dərslik komplektləri və kağızın idxalı ƏDV-dən azad edilir

27-11-2021, 07:47           
Kitab, dərslik komplektləri və kağızın idxalı ƏDV-dən azad edilir
Qanunvericiliyə əsasən, qəzetlərin, jurnalların və bu kimi digər məhsulların istehsalı ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı ƏDV-yə 18% dərəcə ilə cəlb edilir.
Sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi üzrə Vergi Məcəlləsinə təklif olunmuş növbəti dəyişikliklərdən biri kitab, dərslik və kağızın idxal və satışına vergi güzəştlərinin tətbiq edilməsi ilə bağlıdır.
Sputnik Azərbaycan xəbər verir ki, məcəlləyə dəyişiklikləri şərh edən İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayev bildirib ki, dəyişikliyə əsasən, kitabların (elektron kitablar istisna olmaqla), dərslik komplektlərinin, həmin malların (məhsulların) istehsalı ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalının və satışının, habelə bu məhsulların istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyətinin (reklam xidmətləri istisna olmaqla) ƏDV-dən azad edilməsi nəzərdə tutulur.

O bildirib ki, mövcud qanunvericiliyə əsasən, kütləvi informasiya vasitələri məhsullarının idxalı, kitabların idxalı və satışı, habelə qəzetlərin, jurnalların və bu kimi digər məhsulların istehsalı ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı ƏDV-yə 18% dərəcə ilə cəlb edilir:
"Yeni təkliflərdə isə KİV məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin idxalı və satışı, həmin məhsulların istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışının ƏDV-dən azad edilməsi yer alıb. Bundan başqa, mətbu KİV məhsulları və kitabları (o cümlədən elektron kitabların), habelə dərslik komplektlərinin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti də (reklam xidmətləri istisna olmaqla) ƏDV-dən azad ediləcək".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.