Osman Nərimanoğlu: "Ramiz Mehdiyev AMEA-nı dağıdır, ermənilərə aid və digər kitablar yoxa çıxıb"

7-12-2021, 00:27           
Osman Nərimanoğlu:
Demokratik.Az saytının rəhbəri, jurnalist Osman Nərimanoğlu bir neçə gün öncə "Kanal13" vasitəsilə ictimaiyyətə müraciət edib.
Demokratik.Az xatırladır ki, jurnalist qısa açıqlamasında AMEA-nın prezidenti akademik Ramiz Mehdiyevin yarıtmaz əməlləri barədə məlumatlar verib, eləcə də birinci tərəfindən "xüsusi ittiham" qaydasında məhkəməyə verilməsinə aydınlıq gətirib.

Jurnalistin açıqlamasında mühüm nüans diqqət çəkib. Nərimanoğlu qeyd edib ki, Ramiz Mehdiyev AMEA-ya rəhbər gəlişindən sonra AMEA-nın Mərkəzi Kitabxanasında olan tonlarla kitab nümunələri "yoxa çıxıb". Qeyb olan kitablar sırasında 200-ə yaxın adda antik sayılacaq ədəbiyyat nümunələri və ermənilərin barəsində statistik məlumatlar toplusu da var.

Bildirilir ki, hazırda Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində sözügedən hal üzrə cinayət işi açılıb. Cinayət işinin detalları ötən ilin noyabrından hüquq mühafizə orqanının nəzarətindədir.
шаблоны для dle 11.2



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.