5 villası ilə gündəm olan başçıdan Şəhid qəbirlərinə ÖGEY MÜNASİBƏT... - Usubovun vaxtı çoxdan yetişib...

8-12-2021, 11:14           
5 villası ilə gündəm olan başçıdan Şəhid qəbirlərinə ÖGEY MÜNASİBƏT... - Usubovun vaxtı çoxdan yetişib...
Şəki rayon Aşağı Göynük kənd sakini, şəhid qardaşı Əbdürəhimov Sadıq Məmmədəli oğlu tərəfindən şikayət məktubu daxil olub. Məktubda bildirilir ki, iki şəhid məzarının olduğu Aşağı Göynük kəndinin qəbirsanlığı acınacaqlı vəziyyətdədir.
“Bura sanki “Balaxanı zibilliyi”ni xatırladır. Axı bu qəbirsanlıqda iki şəhidin məzarı da var. Aidiyyatı qurumlar heç olmasa ordan asılan üç rəngli bayrağa hörmət qoysunlar”.

Şikayətçinin sözlərinə görə, o, qəbirsanlığın bu vəziyyəti ilə bağlı icra nümayəndəsinin müavini Yusif Hümbətova müraciət edib və məlum olub ki, bu qəbirsanlığa baxan yoxdur.

“Çağırdım ki, bu nə vəziyyətdir? Ondan soruşdum ki, bu qəbirsanlığa baxması üçün neçə nəfər təsərüffat işçisi ayrılıb? Bildirdi ki, 14 nəfər. Mən isə həmin işçilərin adlarını soruşdum. Bu zaman Yusif Hümbətov nə həmin iççilərin adlarını bilmədi, nə də özlərini tanımadı. Çünki həmin adamların yalnız kağız üzərində adları var. Xahiş edirəm ki, aidiyyatı qurumlar bu məsələyə diqqətli yanaşsınlar”.

Məsələ ilə bağlı Şəki şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz uğursuz alındı.
Bizimyol.info

DİA.AZ-dan: Xatırladaq ki, Şəkinin icra başçısı Elxan Usubov zamanında 5 villası ilə yerli KİV-in qəhrəmanına çevrilmişdi. Bu iddialara heç bir reaksiya verilmədi də. İndi isə görünəni odur ki, barəsində səslənən ittihamlara rəsmi reaksiyaların verilməməsi Elxan Usubov cənablarında əməllicə rahatlıq yaradıb...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.