Nazir: Bununla 220 milyon kubmetr qaza qənaət ediləcək

14-01-2022, 08:13           
Nazir:
Azərbaycanda yeni 240 meqavat gücündə "Xızı-Abşeron” Külək Elektrik Stansiyasının tikilməsi enerji sistemimiz üçün xüsusi əhəmiyyət daşıyacaq.

Sfera.az xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdül Əziz bin Salman Əl-Səudun iştirakı ilə keçirilən mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, stansiyada ildə təxminən 1 milyard kilovat/saata qədər elektrik enerjisi istehsal ediləcək ki, bunun nəticəsində 220 milyon kubmetr təbii qaza qənaət ediləcək, eləcə də 400 min ton karbon tullantılarının qarşısı alınacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru