Kəmalə Qaramollayevaya ev və maşın hədiyyə edən şəxs hansı məmurun oğludur? - FOTO

24-01-2022, 19:47           
 Kəmalə Qaramollayevaya ev və maşın hədiyyə edən şəxs hansı məmurun oğludur? - FOTO
Müğənni Kəmalə Qaramollayeva açıqlaması ilə hər kəsi təəccübləndirib.

"Söz baz" verilişinə dəvət olunan sənətçi ona maddi dəstək olan vəzifəli şəxsdən danışıb. Qaramollayeva həmin insanın ona bahalı ev və maşın da hədiyyə etdiyini bildirib:

"Bu haqda heç bir yerdə danışmamışam. Amma düşünürəm ki, artıq vaxtıdır. Bu haqda açıqlama verməliyəm. Bir adam var idi. O, mənimlə çox görüşmək istəyirdi. Bilirsiniz də, xanımlara bir çox təkliflər olur. O, çox təkid edirdi. Dedim ona bildirin ki, mən təmiz insanam. O, mənə yardım etmək istəyirdi. Mən onun yardımından imtina etdim. Həmin insan çox təəccübləndi. Deyib ki, mən bunu araşdıracam, əgər Kəmalə düz yolun yolçusudursa, mən ona bu yardımları təmənnasız edəcəm. O, çox hörmətli, vəzifəli şəxsdir və məni çox sevirdi. Mənə maşın, ev aldı." Azsiyaset.com-un əldə etdiyi məlumata görə, K.Qaramollayevaya ev maşın hədiyyə edən şəxs sabiq deputat Elton Məmmədovun oğlu Aynar Məmmədovdur. A.Məmmədov həm də keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğludur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.