Azərbaycanda tikinti materialları istehsalında 80 faiz artım var

25-01-2022, 00:08           
Azərbaycanda tikinti materialları istehsalında 80 faiz artım var
Ötən il Azərbaycanda tikinti materiallarının istehsalı 871,8 milyon manat olub ki, bu da əvvəlki illə müqayisədə 80,6 faiz artım deməkdir.

Dövlət Statistika komitəsi xəbər verir ki, bütün növ tikinti materiallarının istehsalında artım olub.
Belə ki, 2021-ci ildə odadavamlı kərpiclər, bloklar, tavalar və oxşar saxsı tikinti m əhsullarının istehsal 8,6 dəfə, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 74,3 faiz, betondan yığma tikinti konstruksiyaların istehsalı 69,2 faiz, emal edilmiş mərmər travertin, alebastr və onlardan m əmulatların istehsalı 56,8 faiz, tikinti gipsinin istehsalı 47,9 faiz, tikinti kərpicinin istehsalı 57,3 faiz, sementin istehsalı 6,3 faiz, tikinti əhənginin istehsalı isə 4,4 faiz artıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru