“Evroline QSC”dən ŞİKAYƏT! Sahibkar üç generaldan kömək istəyir MÜRACİƏT

25-01-2022, 16:55           
“Evroline QSC”dən ŞİKAYƏT! Sahibkar üç generaldan kömək istəyir MÜRACİƏT
"Korrupsiya.az” informasiya agentliyinə müraciət edən İş adamı sahibkar “Turanyol Group”MMC-nin direktoru Qurban Əliyev media vasitəsi ilə Baş Prokuror Kamran Əliyevə, Daxili İşlər Naziri Vilayət Eyvazova, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, Əli Nağıyevə müraciəti.

Hörmətli:Baş prokuror Kamran Əliyev !

Hörmətli: cənab nazir Vilayət Eyvazov !

Hörmətli: DTX rəisi Əli Nağiyev !

Sizlərin dəyərli vaxtını almaq istəməsəm də, son anda buna məcburam.
Şikayətim “Evroline QSC”-nin rəhbəri Məmmədov Əfqan Nəsir oğlu ilə bağlıdır.Bu şəxs neçə aztəminatlı ailəni çörəksiz qoyaraq bizləri işlədərək pulumuzu verməməkdən əlavə,
qardaşı ilə birləşərək, illər ôncə kobud nöqsanlarına görə polis sıralarından qovulan Məmmədov Ayaz-la məni ölümlə hədələyir.
Səbəb isə rəsmi müqavilə əsasında gördüyümüz xidmətlərin qarşısında 405.700 manatı tələb etməyimizdir.

1. “Turanyol”MMC
2. “Həsənli”group MMC
hər iki şirkətimizin sifarişçi “Evroline QSC” şirkəti ilə rəsmi müqaviləsi var.

2021-ci il mart ayında Bakı-Quba magistral alternativ ödənişli yolunun yenidən qurulması və əsaslı təmiri üçün “Evroline QSC” şirkəti hər iki şirkətimiz ilə rəsmi müqavilə bağladı

Göstərəcəyimiz xidmət isə dağ materialının daşınması daşınan materialların bərkiməsi, kipləşməsi olub.
Razılaşmada isə hər bir kub metr üçün altı(6) manat ödəniş olunacaq
ümumilikdə isə 82.500 kub daşıma və daşınmış materialların kipləşməsi bərkiməsi işini yüksək səviyyədə görüb yekunlaşdırdıq.

Əlavə olaraq isə beş min yeddi yüz(5700) manatlıq hansısa şirkətin yarımçıq qalan işinidə biz bitirdik.

Ümumilikdə isə göstərdiyimiz iş xidməti üçün “Evroline QSC”- gördüyümüz işlər qarşılıqında bizim şirkətə ödəyəcəyı yekun məbləğ isə beş yüz min yeddi yüz (500.700)manat oldu.Lakin bu məbləğin cəmi 95.000 manatı ödənildi.
Təəssüflər olsun ki,qalan 405.700 manat məbləği ödəməmək üçün süni maneələr yaradaraq hətta şirkətlərinin texnikalarını borc əvəzinə ödəyəcəklərini vəd versələrdə elə vəd olaraqda qaldı.Biz halalca zəhmətlə qazandığımız haqqımızı tələb edəndə isə artıq hədə- qorxular təhdidlər və şirkətin rəhbəri Əfqan adlı şəxsin qardaşı Ayaz tərəfindən hətta ölümlə hədələnirəm.
Bu işlərin başında isə bir başa “Evroline QSC”-nin təsisçisi Məmmədov Əfqan Nəsir oğlu durur.Bizə isə deyilən son söz hara istəyirsiz kimə istəyirsiz şikayət edin siz bizi hələ tanımırsız? Kimdən kimə şikayət edirsiz? sözləri olub.

Hörmətli cənab generallar sizdən, dövlətini dövlətçiliyini ölkə rəhbərini sevən bir şəxs kimi xahiş edirəm bu şəxslə bağlı yanı “Evroline QSC”-nin təsisçisi Məmmədov Əfqanla bağlı hüquqi müstəvidə ölçü götürülməsi üçün və mənə dəyən ziyanın 405,700 manatın ödənilməsı üçün köməklik göstərnəyinizi xahiş edirəm.
Hörmətlə:Sahibkar Qurban Əliyev

Hörmətli media nümayəndələri xahiş edirəm hansısa məmura arxalanan bu şirkət “Evroline QSC”-nin təsisçisi Əfqan Məmmədov haqqında jurnalist araşdırması aparasınız.Bu şəxs kimlərəsə arxayın olaraq ölkə qanunlarınından belə çəkinmir.

Korrupsiya.az informasiya agentliyi olaraq qısaca jurnalist araşdırması apararaq etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, əslən Şəkidən olan, Məmmədov Əfqan lyuks avtomobillərə və bahalı avtomobil nömrələrinə sahibdir. “Əfqan Holding” şirkətidə Əfqan Məmmədova məxsusdur.

Cənab prezident dəfələrlə sahibkarlara xüsusi yanaşma tərzini və hər zaman onların yanında olduqunu hiss etdirib.

Prezident İlham Əliyev: “Sahibkar heç kimə borclu deyil, ancaq dövlətin vergisini verməlidir, vəssalam. Sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu, dözülməz haldır”, bunu prezident İlham Əliyev 2015-ci il oktyabrın 12-də keçirilən Nazirlər Kabinetinin iclasında çıxışı zamanı deyib.”

Onun sözlərinə görə, inkişafa mane olan bütün əngəllər, süni maneələr aradan götürülməlidir. O bu süni maneələri bir çox hallarda korrupsiya və rüşvətxorluqla bağlayıb.

Lakin görünən tərəfi odur ki, sahibkar adı altında gizlənən hansısa məmur sipərinə arxayın olan şəxslər, “Turanyol Group”MMC-nin direktoru Qurban Əliyevi çökdürmək niyyətindədirlər.

Maraqlısı odur ki, mövzuda adı çəkilən şəxsin hansı məmura və,hansı sipərə arxayın olmaqı bizə qaralnıq olaraq qaldı.

Môvzunu diqqətimizdə saxlayacağıq.

Qarşı tərəfin mövqeyini dərc etməkə hazırıq.
“Evroline QSC”dən ŞİKAYƏT! Sahibkar üç generaldan kömək istəyir MÜRACİƏT








шаблоны для dle 11.2


Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.