BƏLƏDİYYƏ SƏDRİNİN RAYONDAN ÇIXIŞINA QADAĞA QOYULDU – Şəmsi Əliyev həbs oluna bilər

25-01-2022, 17:47           
BƏLƏDİYYƏ SƏDRİNİN RAYONDAN ÇIXIŞINA QADAĞA QOYULDU –
Goranboy Bələdiyyəsinin sədri Şəmsi Əliyevin rayondan çıxışına qadağa qoyulub. Hurriyyet.az-a bu haqda məlumat verən mənbənin sözlərinə görə, bələdiyyə sədrinin fəaliyyəti ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırma aparılır. Bildirilir ki, Ş.Əliyevin barəsində çoxsaylı şikayətlər olduğundan, onun Goranboydan çıxışına rəsmi qaydada qadağa qoyulub.
Mənbə deyir ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan araşdırmaların nəticəsi bəldəiyyə sədrinin həbsinə səbəb ola bilər. Çünki onun barəsində çox ciddi ittihamlar mövcuddur.
Xatırladaq ki, Əliyev Şəmsi Talıb oğlu 1980-ci ilin oktyabr ayının 25-də Goranboy rayonunun Şəmmədli kəndində anadan olub.
2003-cü ildə həqiqi hərbi xidməti başa vurduqdan sonra 2004-cü ilə qədər Goranboy rayon Subartezian Quyuları İstismar İdarəsində Elektrik elektirk vəzifəsində işləyib.
2004-2008-ci illərdə Goranboy şəhər Mənzil İstismar İdarəsində mühəndis, 2008--2014-cü ilərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Goranboy rayon Regional Torpaq Kadastr mərkəzində mühəndis vəzifəsində işləyib.
2014-cü ildə keçirilən bələdiyyə seçkilərində namizədliyini irəli sürüb.
Bələdiyyə üzvü və 2015-ci ilin yanvar ayının 30-da Goranboy bələdiyyəsinin 1-ci iclasında Goranboy bələdiyyəsinin sədri vəzifəsinə seçilib.

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.шаблоны для dle 11.2


Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.