Görüntülərin ünvanı bəlli oldu: - "Bilmirik, bu uşaqla necə mübarizə aparaq"

26-01-2022, 17:56           
Görüntülərin ünvanı bəlli oldu: -
Sinif otağında müəllimə qarşı qeyri-etik hərəkətlərin edildiyi, Təhsil Nazirliyinin “Azərbaycan məktəblərində olması təsdiqini tapmayıb” açıqlaması verdiyi məktəb məlum olub. Teref/az bildirir ki, bizimyol.info-ya daxil olan məlumata görə, hadisə Bakı şəhəri Xətai rayonu 165 nömrəli tam orta məktəbdə baş verib.

Məsələ ilə bağlı məktəblə əlaqə saxladıq. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Validə Ağalarova faktı təsdiqlədi. O, Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, həmin görüntülərdə olan şagirdlə bağlı əvvəllər də dəfələrlə polis idarəsinə müraciət edilib.

“Bu uşaq polislərin nəzarətində olan, çətin tərbiyə olunan uşaqdır. Həmin şagird bir müəllim yox, neçə-neçə müəllimlərin başına oyun açıb. Bu uşaq məktəbə siqaret gətirib, uşaqlara paylayır. Hətta “patı” gətirib satdığı deyilir. Biz bu barədə dəfələrlə müvafiq orqanlara məlumat vermişik. Hətta sənədləşdirib, Qubada çətin tərbiyə olunan uşaqların oxuduğu məktəbə göndərmək istəyirdik. Pandemiya düşdüyü üçün bu iş yarımçıq qaldı.

Bizi hədələyir. Deyir ki, dayım polisdə işləyir. Biz bilmirik, bu uşaqla necə mübarizə aparaq”.

Validə Ağalarovanın sözlərinə görə, həmin şagird normal ailənin övladı deyil: “Çünki 9 ildir bu məktəbdə oxuyur, amma nə atasını, nə də anasını tanımırıq. Bir neçə il əvvəl nənə-babasının evini tapdıq. Onlar da bizə dedilər ki, “biz o uşağı tanımırıq, heç tanımaq da istəmirik. Çünki gəlib bizdən oğurluq edir”.

Bizə bir nömrə verib valideyni kimi danışdırır. Amma polis dünən dedi ki, sizin danışdığınız adam heç onun anası deyil.

Müəllim neyləsin? Müəllimin, uşağa söz deyə bilmir. Bir söz deyən kimi müəllimi nə hala salırlar. Həmin görüntülərdəki müəllimə, çox savadlı bir insandır, illərin müəllimidir.

Biz günahı uşaqda yox, onun ailəsində görürük. Çünki tərbiyə ailədən gəlir. Günün 5-6 saatını uşaqlar məktəbdə olur. Qalan vaxtı ailəsi ilə keçirir”.

шаблоны для dle 11.2


Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.