"O biri qurumlar işığı söndürür ki, qaranlıqda gedəsən, amma palata işığı yandırır ki, düz yolu tapıb onunla gedəsən"
"Mənə tez-tez paçka - paçka mühasibat sənədləri gətirirlər. Digər rektorlar kimi mənim də belə sənədlərdən başım çıxmır." Moderator.az-ın verdiyi xəbərə görə bunu Auditorlar Palatasının yubiley tədbirində çıxış edən Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov deyib:
"Mən kimyaçıyam, ona görə də belə mühasibat sənədlərini bilmirəm. Hər dəfə həmin sənədlərə qol çəkəndə deyirdim ki, "Ay Allah, Sən özün kömək ol. Amma hər dəfə müxtəlif qurumlardan yoxlamalar gələndə nəsə əyri-əskiklik tapıb gedirlər. Sonra mən bir nəfərdən kömək istədim və o da məni Auditorlar Palatasına yönəltdi. O biri qurumlar işığı söndürür ki, qaranlıqda gedəsən, amma palata işığı yandırır ki, düz yolu tapıb onunla gedəsən".