Azərbaycanda bu məhsullar kəskin bahalaşdı - VİDEO

12-05-2022, 11:48           
Azərbaycanda bu məhsullar kəskin bahalaşdı - VİDEO
Son aylar ərzində kolbasa və sosisin qiyməti kəskin artıb. Alıcılar bildirirlər ki, bahalaşma xüsusilə yerli məhsulların qiymətində özünü göstərir. Onların sözlərinə görə, qiymətlər stabil deyil, artıq vəziyyət o həddə çatıb ki, hər alış-veriş edərkən yüksəlmiş yeni qiymətlərlə qarşılaşırlar..

BAKU.WS xəbər verir ki, satıcılar isə deyirlər ki, yeni qiymətləri onlar deyil, firmalar müəyyən edir. Mağaza müdiri Məhəmməd Məmmədovun sözlərinə görə, təkcə son bir ayda qiymət 15%-ə yaxın artıb.

Son bir ildə Azərbaycanda ət məhsullarının qiymətinin kəskin artmadığını nəzərə alsaq, kolbasa və sosislərin bu qədər bahalaşmasına səbəb nədir?

İqtisadçı ekspert Xalid Kərimli "Xəzər Xəbər"ə bildirib ki, əsas səbəb hazırda dünya ərzaq bazarında baş verən bahalaşmadır. Dünya ərzaq bazarında aprel ayında ət məhsullarının qiyməti 90-cı illərdən bəri rekord qiymətə qalxıb.

Bundan başqa, bazarda qiyməti formalaşdıran amillərdən biri də eyni növ məhsulların idxalıdır. Hazırda Rusiya-Ukrayna müharibəsi də qiymətləri artıran faktorlardan biridir. Ekspert deyir ki, Azərbaycana ət məhsullarının idxal edildiyi ən böyük ölkələr Ukrayna və Rusiya idi.

Ekspertin sözlərinə görə, bazarlarda süni qiymət artımından söhbət gedə bilməz. Çünkü yerli bazar rəqabətlidir və qiymətlər daha çox bazar şərtləri əsasında formalaşır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru