İsmayıllıda müəllimlər işə “QAZ 66” ilə gedirlər... - Hətta hamilələr də..

12-05-2022, 19:27           
İsmayıllıda müəllimlər işə “QAZ 66” ilə gedirlər... -
İsmayıllı rayonunun Burovdal kənd məktəbində işləyən müəllimlər məktəbə çox çətinliklə gedirlər.

Teref.az cebhe.info-ya istinadla xəbər verir ki, sosial şəbəkədə müəllimlərin köhnə “sovet maşınları”nda çayı keçərək işə getdikləri ilə bağlı görüntülər paylaşılıb. Rayonun şimalında yerləşən kəndə yeganə yol Lahıc qəsəbəsindən keçir.

Cebhe.info-ya kənd sakinlərinin və məktəb müəllimlərinin verdiyi məlumata görə, Lahıcdan sonra yayda avtomobillə gediləcək 12 km yolu, qışda və yağışlı havalarda piyada və atla getmək mümkün olur. Kənd məktəbində işləyən müəllimlər işə getmək üçün bir neçə “sovet maşını” dəyişirlər.

Köhnə maşınlarda hər gün çayı keçməyə məcbur olan müəllimələrin arasında hamilə qadınlar da var. Kənd Babadağın ətəyində yerləşdiyi üçün demək olar ki, tədris ili ərzində hava yağıntılı və çayı sulu olur. Müəllimlər kəndin yolunun bərbad olduğunu və çaylarda körpünün olmamasından şikayət ediblər.

Qeyd edək ki, kənddə telefon şəbəkə və internet də yoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru