İnsan orqanlarının alqı-satqısına görə cəzalar sərtləşdirilir - VİDEO

27-05-2022, 22:41           
İnsan orqanlarının alqı-satqısına görə cəzalar sərtləşdirilir - VİDEO
"Beyin ölümü gerçəkləşmiş şəxsin hansısa xəstəxanaya gətirilib orqanlarının götürülməsi mümkün deyil, orqan həmin xəstəxanada götürülməlidir".

Bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Rəşad Mahmudov deyib. İclas zamanı millət vəkilləri 1-ci Qarabağ savaşında itkin düşənlərin çoxunun orqan alverinin qurbanı olması məsələsinə də toxunub.

"Beyin ölümü gerçəkləşmiş şəxsin hansısa xəstəxanaya gətirilib orqanlarının götürülməsi mümkün deyil, orqan həmin xəstəxanada götürülməlidir.

Bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

Deputat qeyd edib ki, bu gün Səhiyyə Nazirliyində orqan transplantasiyası ilə bağlı Koordinasiya Mərkəzinin yaradılması son mərhələdədir: "Bu Mərkəzdə növbəlilik məsələsi və digər məsələlər öz həllini tapacaq".

İclasda Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə bildirib ki, "İnsan orqan və toxumalarının transplantasiyası haqqında qəbul edilən qanun artıq həyata keçirilməyə başlayıb.

Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyev isə 1-ci Qarabağ savaşında itkin düşənlərin çoxunun orqan alverinin qurbanı olması məsələsindın danışıb. Qeyd edib ki, işğal altındakı ərazilər azad edildikdən sonra işğal dövründə erməni vandallarının qızıl dişlər üçün qəbirlərimizi dağıtması halları üzə çıxıb

Deputat bildirib ki, cinayət sırasında cinsi istismardan sonra ikinci yerdə məhz insan orqanlarının alqı-satqısı gəlir: "Bu, dünyada çox təhlükəli həddə gəlib çatıb. Hətta "orqan köçürməsi turizmi" deyilən termin yaranıb. Bu, "qırmızı bazar" kimi qiymətləndirilir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru