Zakir Qaralovun əmlakı müsadirə edilə bilər - TƏFƏRRÜAT

2-06-2022, 08:47           
Zakir Qaralovun əmlakı müsadirə edilə bilər - TƏFƏRRÜAT
“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC növbəti dəfə məhkəməlik olub.

Teref.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, şirkət İnzibati Xətalar Məcəlləsinin 490.2-ci maddəsinin tələblərini pozub.

Gömrük qaydaları əleyhinə inzibati xətaya yol verməyə görə məhkəməlik olan şirkət, aparılması və ya qaytarılması məcburi olan əvvəllər gətirilmiş və ya aparılmış mallar və nəqliyyat vasitələrinin Azərbaycanın gömrük ərazisindən kənara aparılmamasında və ya bu əraziyə qaytarılmamasında ittiham olunur. Bu maddəyə görə, inzibati xətanın bilavasitə obyekti olan mallar və ya nəqliyyat vasitələri müsadirə edilir, yaxud vətəndaşlar həmin malların və ya nəqliyyat vasitələrinin dəyərinin yetmiş faizindən yüz faizinədək məbləğdə cərimə edilir.

Nərimanov Rayon Məhkəməsində iyunun 13-də keçiriləcək prosesə hakim Gültəkin Əsədovanın sədrliyi ilə baxılacaq.

Xatırladaq ki, bundan öncə “Akkord” İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə də məhkəməyə verilib.

Qeyd edək ki, Akkord Şirkətlər Qrupu sabiq baş prokuror Zakir Qaralova məxsusdur. Şirkətin hazırda 2 milyondan çox vergi borcu var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru