Şadlıq saraylarının qiyməti bahalaşıb...
2-06-2022, 12:08

Xalqımızın toy kimi bir adəti var. Ötən ilin iyul ayından etibarən karantin tədbirləri çərçivəsində toy mərasimlərinin keçirilməsinə icazə verilib. Bu adət gözəl və maraqlı olsa da, xeyli pul tələb edir. Çünki hazırda toya hazırlıq prosesi və mərasimin təşkili əvvəlki dövrlə müqayisədə baha başa gəlir.
Vəziyyətlə yaxından tanış olmaq üçün paytaxtdakı restoranlarında araşdırma apardıq. Məlum oldu ki, qiymətlər 36 manatdan başlayır.
Məbləğin artmasının səbəblərini administrator Ərsətun Əliyev Demokrat.az-a belə izah edib:
“Administrator Ərəstun Əliyev bildirdi ki, hal-hazırda qiymətlər 36-37 manat civarındadır. Pandemiyadan əvvəlki dövtə nisbətən cüzi artım var. Camaatı nəzərə alıb,350-400 nəfərlik toylar olanda 35 manata endirim edə bilirik. Bahalaşmaya səbəb ərzaq məhsullarının qiymətinin qalxmasıdır, bir də toy edən qonaqların sayının az olmasıdır. İndi toy edən qonaqların sayı 120-150-dən ondan artıq olmur. Video çəkiliş, kranla çəkiliş, musiqi dəsti, tort atəşfəşanlıq hamısı menyuya daxildir.”
Toy sahibinin özü ilə qida məhsulları gətirilməsinə isə icazə verilir:
“Gətirdiyi spirtli içki məhsulunun sertifikatı varsa, ət məhsullarının qida təhlükəsizliydən qida təhlükəsizliyindən qeydiyyatdan keçirsə, heç bir problem yaratmırıq.”
Bəzi restoranlarda isə qiymətlər sözün əsl mənasında kəllə-çarxa çıxıb. Eyni zamanda dekorasiya üçün əlavə ödəniş də tələb olunur.
Administrator Akif Musayev dedi ki, qlobal problemlərlə əlaqədar təbii ki, dünyada ərzaq qıtlığı yaranır. Bu prizmadan yanaşsaq, ictimai iaşə sektorunda şadlıq evləri də məcburdur ki, qiymətləri qaldırsınlar:
“Qiymətlər bu günkü gündə 50-60 manat civarında dəyişən qiymətlərdir. Təbii ki, saya uyğun tənzimləyirik qiymətləri. Videoçəkiliş dekorasiya, musiqi bacardığımız qədər bunlarda köməklik edirik.”
Toyla müqayisədə xına və nişan mərasimlərinin təşkili nisbətən ucuz başa gəlir:
“Xınanın menyusu tamam fərqlidir, çünki spirtli içkilər olmur orda, müəyyən menyular olur, yəni orda təbii ki, isti yeməklərdə və yaxud soyuq qəlyanaltılar da dəyişikliklər olur menyuda.”
Məbləğin artıb-artmayacağı sual altındadır. Bilinən isə odur ki, müasir dövrdə toy etmək ən qəliz məsələləyə çevrilib. Çünki təkcə şadlıq saraylarının yox, məişət və ziynət əşyaları, o cümlədən gəlinliklərin də qiymətində bahalaşma müşahidə olunur.
Gülçin Qorxmaz
Demokrat.az