İmişlidə işçilər NİYƏ ETİRAZA QALXDI? - İDDİA

3-06-2022, 17:19           
 İmişlidə işçilər NİYƏ ETİRAZA QALXDI? - İDDİA
İmişlidə “DOST” mərkəzinin və kommunal təsərrüfat idarəsinin işçiləri rayon İcra Hakimiyyəti qarşısında etiraza qalxıblar.

Teref.az xəbər verir ki, Hurriyyet.az-ın əldə etdiyi məlumata əsasən, 100 nəfərə yaxın sakin maaşlarının kəsilməsinə etiraz ediblər.

Mənbənin verdiyi məlumata əsasən, problemin yaranmasına səbəb İmişlidəki “Spirtzavod”un direktorunun axtarışda olan qardaşının icra başıçısı tərəfindən kommunal təsərrüfat idarəsinin müdiri təyin olunmasıdır. İddialara görə, başçının yaxın adamı olan bu şəxs qanunsuz olaraq işçilərin maaşını kəsdiyi üçün belə bir problem meydana çıxıb.

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru