Bu da bir ilk.. - BNA vəkili cərimələdi, məhkəmə ləğv etdi

5-06-2022, 09:38           
Bu da bir ilk.. -
Vəkil Kamran Məhərrəmova Bakı Nəqliyyat Agentliyinin (BNA) kamerası vasitəsilə dayanma-durma qaydalarını pozduğuna görə cərimə yazılıb.

Teref.Az e-huquq.az-a istinadən xəbər verir ki, bu barədə büronun müdiri Sübhan Əliyev bildirib.

O deyib ki, vəkil məhkəməyə müraciət edərək, kamera ilə xətanı aşkar edib və cərimə edilmənin qanunsuz olduğunu sübut edib. Bundan sonra məhkəmə də cəriməni ləğv edib.

"Bu işlə bağlı məhkəməyə müraciət etməkdə məqsəd 20 manatın ləğvi yox, BNA tərəfindən kamera vasitəsilə cərimənin yazılmasının qanunsuz olduğunu sübut etməkdir", - deyə vəkil qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru