Şəmkirdə hələ də din adından dələduzluq edən şəxs var – Xurafat, yaxud Mirhəşim kimlərə nə qədər aylıq verir?

7-06-2022, 08:13           
Şəmkirdə hələ də din adından dələduzluq edən şəxs var –
Hörmətli oxucularımız xatırlayırsınızsa 28/05/2022 ci il tarixdə Şəmkir rayonunun Qaryağdı qəsəbəsində yaşayan, özünü dindar kimi qələmə verərək baxıcılıq etməklə insanları aldadaraq pul alan şəxs barəsində sizlərə video təqdim etmişdik. Eyni zamanda bu dələduz barəsində DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımovada məlumat vermisdik. Təəssüflər olsun ki, bu barədə qanunvericiliyə əsasən heç bir tədbir görülmədi. Gəncə büromuzun əldə etdiyi məlumata əsasən Mirhəşim yenədə iş başındadır.Əlbəttə ki,
bütün rəhbər şəxslər onun dələduzluqla məşğul olduğunu bilirlər. Sadəcə Mirhəşim lazım olan qədər aylıq rüşvəti hüquq-mühafizə orqanlarının rəhbər şəxslərinə çatdırır. Məhz buna görə də Mirhəşimə gözün üstə qaşın var deyən tapılmır.
Qapısının önündə hər gün yüzlərlə adam olur və hər bir kəsə 100-150 manatdan başlayaraq baxır. Bu adam rəsmən islam dinindən sui-istifadə edərək müqəddəs dinimizə, kitabımıza o, cümlədən ölkəmizdə olan mövcud qanunvericiliyə zidd hərəkətlər edir.Hələ bu azmış kimi, qapısında Kamran adında bir pulyığan da saxlayır. Bəs
görəsən Şəmkir polisi hara baxır, məgər bu dələduzdan xəbərləri yoxdur niyə tədbir görmür? Görünür ki,
Dini qurumlarla iş üzrə Dövlət komitəsidə Şəmkirdə faktiki olaraq işlək vəziyyətdə deyil.İnsanlara qarşı dələduzluq həyata keçirilir,polis, prokurorluq susur. Müqəddəs quranımızdan çirkin məqsədləri naminə istifadə edilir, ancaq nədənsə, əlaqədar qurumlar susur. Ən əsası isə Şəmkir Rayon polis şöbəsi. Həmin videonu yenidən təqdim edirik.

Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.Mövzuya qayıdacayıq.

azinfo tv












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.