Bir daha qanusuz parklanma yeri haqqında: "Xalqı avam yerinə qoyub məzələnənlər..." VİDEO
7-06-2022, 19:05
Nəsimi rayonu Mənzil Kommunal Təsərrüfat birliyinin rəisi Nizami Mayılov bildirib ki, Bülbül prospektindəki dayanacaq gecə saatlarında heç bir rəsmi sənəd olmadan qanunsuz düzəldilib (bit.ly/3tjEzi3). Gözünün içinə qədər yalan deyir. Sizə təqdim etdiyim video 10 aprel 2020-ci il tarixində çəkilib. Bu qanunsuzluqda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi da iştirak edib. O dayanacağın çəkilməsi isə bir neçə gün çəkdi. Bu avamlar həmin yerdə dayanacaq olmasına, ağacların kəsilməsinə rüşvət müqabilində razılıq veriblər. Öz rəsmi səhifəsində Bakı Nəqliyyat Agentliyi Mətbuat xidmətinin rəhbəri Mayis Ağayevi qeyd edərək "mənim təşəbbüsümlə dayanacaq" yazan Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat katibi Əli Vəliyev isə gülə-gülə həmin yazının elə-belə səhv olduğunu deyir (bit.ly/3mo4xwS). Əgər bu ölkədə Azərbaycan Respublikasının Baş Prokurorluğu varsa heç olmasa ölkə Prezidentinin göstərişindən sonra bu hadisəni araşdırmalı və xalqı avam yerinə qoyub məzələnənləri məsuliyyətə almalıdır. P.S. Texnologiya dövründə milləti avam yerimə qoymayın! Aslan İsmayılov Teref.az