Onu vəzifədən alsalar, da alveri "xod" gedir...

8-04-2015, 11:37           
Onu vəzifədən alsalar, da alveri "xod" gedir...
Arif Qaraşovun biznesi genişlənir.

Tia.az-a verilən xəbərə görə, uzun müddət Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə rəhbərlik edən Qaraşov artıq vəzifə iddiasında deyil. Arif Qaraşov Azərbaycanda qanunsuz yollarla qazandığı vəsaitlər hesabına qeyri-rəsmi sahibi olduğu “Caspian servis” şirkətinin xətti ilə əsasən Türkiyədə, bir sıra Avropa ölkələrində, Rusiyada biznes qurumları formalaşdırıb.
O ölkədən kənara çıxardığı pullarını əsasən tikinti və turizm sektoruna yatırıb. Deyilənə görə, onun qardaş Türkiyədə böyük hoteli fəaliyyət göstərir. Paytaxtın məşhur klinikalarından biri olan “Medical Plaza” da Qaraşvoun nəzarəti altındadır.
Sabiq xidmət rəisinin Neftçilər prospektində, şəhərin digər yerlərində bir neçə böyük dükanının olduğu da yayılan məlumatlar arasındadır. Yasamal rayonunun ərazisində yerləşən “Ekspress Kafe”, Baza Pitseriya” kimi məşhur obyektlər də Qaraşovun biznes strukturunun tərkibinə daxildir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru