Naxçıvan Maliyyə Nazirliyi polislərin müavinətinə göz dikib

10-06-2022, 09:12           
Naxçıvan Maliyyə Nazirliyi polislərin müavinətinə göz dikib
Naxçıvan MR Maliyyə Nazirliyi “kiçik torpaq” polislərinin hər rübün sonunda aldıqları müavinəti yenə kəsmək niyyətindədir.

Ovqat.com-a bu barədə məlumat Naxçıvan polisləri tərəfindən ötürülüb.

Məlum səbəblərdən adının çəkilməsini istəməyən mənbəmizin bildirdiyinə görə, Naxçıvan polislərinin maddi durumu onsuz da qənaətbəxş deyil. Hər rübün sonunda onlara verilən müavinətlər ağır şəraitdə yaşayan polisləri qismən vəziyyətdən çıxarırdı. İndi isə Naxçıvan MR Maliyyə Nazirliyi bu imkanı da onların əlindən almağa çalışır.

Polislər bu məlumatı Naxçıvan MR Daxili İşlər Nazirliyinin Maliyyə şöbəsinin rəisi polis polkovnik leytenantı Əbülfəz Vəliyevdən alıblar.

“Qanunən, bu ay yenə maaş almalıyıq. Naxçıvan MR DİN-in Maliyyə şöbəsinin rəisi polis polkovnik leytenantı Əbülfəz Vəliyevdən soruşduq ki, “premya” var? O da dedi ki, nazir hələ bu barədə göstəriş verməyib. Qorxuruq, bütün strukturlar mükafat alalar, biz qalaq. Heydər bəy, keçən səfər siz yazdıqdan sonra bizə mukafat verildi, zəhmət olmasa bu dəfə də işıqlandırın, bəlkə maasa qədər fikirlərini dəyişərlər”, - redaksiyamıza göndərilən məlumatda deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru