Ölkənin bir nömrəli BANKI BUDUR? - Vətəndaş SORUŞUR...

10-06-2022, 09:21           
Ölkənin bir nömrəli BANKI BUDUR? -
"Şikayətim "Kapital Bank"dandır. May ayının 7-də "Birbank" vasitəsilə kartımdan "Western Union"la vəsait köçürdüm..." DİA.AZ bildirir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Asif Yusubov adlı istifadəçi giley edir.


Daha sonra sonra narazı vətəndaş yazır: "Vəsait kartdan çıxdı amma sistemdə xəta baş verdi və 10 rəqəmli MTCN kodunu sistem vermədi. Vəsaitin kartdan çıxdığına dair sistemdə qəbz var. Problemlə bağlı, 2 dəfə banka müraciət etmişəm. Hər dəfə 10 iş günü ərzində həll olunacağı deyilib amma nəticə yoxdur. Müştəri xidmətlərinə zəng edəndə, hər dəfə də əhvalatı başdan danışıram. Hər dəfə də mənə hələ 10 iş günün bitmədiyini və məsələnin mütləq həll ediləcəyini sübut etməyə çalışırlar.

Bu gün, ikinci 10 günlük araşdırma müddəti bitdi, amma yenə də bildirdilər ki, araşdırma hələ davam edir. Qısacası özünü ölkənin ən öndə gedən banklarından sayan "Kapitalbank", o boyda funksional app yaradıb amma 1 aydır ən adi bir texniki səhvi həll edə bilmirlər..."

İddia olunanlarla bağlı Teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.