Nazirlik müəllimlərin etirazına məhəl qoymadı: - İmtahandan keçməyənlər...

10-06-2022, 18:03           
Nazirlik müəllimlərin etirazına məhəl qoymadı: -
Son günlər müəllimlər üçün aktual olan mövzulardan biri sertifkatlaşdırmadır.

Müəllimlərin bir qismi bu proseslə razılaşsa da, sertifikasiyada iştirakı etirazla qarşılayanlar da var. Bugünlərdə Təhsil Nazirliyi yerlərdə müəllimlərlə sertifikasiya ilə bağlı istiqamətverici görüşlər keçirir. Təhsilverənlərin sertifikatlaşdırılması prosesinə dair media nümayəndələri ilə də məlumatverici görüş keçirilib. DİA.AZ xəbər verir ki, cebhe.info-nun görüşdə iştirak edən əməkdaşı xəbər verir ki, Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli təhsilverənlərin sertifikatlaşdırılması prosesinin keçirilməsi barədə danışıb.

O bildirib ki, iyul ayında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı qeydiyyat prosesinə start veriləcək. Prosesin test imtahanı mərhələsinə avqust ayının sonlarında başlanılacaq. İlkin olaraq 10 mindən çox müəllimin prosesə cəlbi nəzərdə tutulub.

Bildirdi ki, test imtahanı 8 mərkəzdə keçiriləcək. Sertifikatlaşdırma prosesinə ilkin olaraq 10 mindən çox müəllimin cəlb edilməsi nəzərdə tutulub. Daha sonra media nümayəndələrinin suallarını cavablandıran Təhsil İnstitutunun direktoru Rüfət Əzizov sertifikatlaşdırma prosesinin məzmunu barədə məlumat verdi.

Qeyd edildi ki, sertifikatlaşdırma prosesinin məqsədi ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılıqlarının yoxlanılması, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdir. Sertifikatlaşdırma prosesinə birinci mərhələdə ibtidai təhsil səviyyəsi üzrə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Quba-Xaçmaz və Gəncə-Daşkəsən Regional Təhsil idarələrinə tabe olan, həmçinin Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimlərinin cəlb olunması nəzərdə tutulur.

Nəticələr təhsilverənlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınacaq. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikasiya üçün tələb olunan minimum balı toplamayan şəxslər 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malik olacaqlar. İki mərhələdən (test və müsahibə mərhələsi) ibarət olan sertifikatlaşdırmada ilk dəfə işə qəbul olunanlar (5 il müddətində), hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər) iştirak etməyəcək.

Beləliklə, bəzi müəllimlər sertifikasiyanın keçirilməsi ilə razılaşmasa da Təhsil Nazirliyi bunun önəmli olduğunu və reallaşacağını bildirdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.