"Üç evin pulunu verib rəis gəlmişəm" - DYP rəisi + VİDEO

12-06-2022, 17:01           
"Üç evin pulunu verib rəis gəlmişəm" - DYP rəisi + VİDEO
Şabran Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisinin rüşvət aldığı iddia edilib.

Teref.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə səs yazıları sosial şəbəkələrdə yayılıb.

Belə ki, polis baş leytenantı Vasif Bəşirlinin pul tələb etdiyi iddia olunur.

Səslənən iddiaya görə, o, kiminləsə əlbir olub və müxtəlif şəxslərdən rüşvət alaraq onları rayon ərazisində işə düzəldəcəyini vəd edib.

Səs yazısında V.Bəşirli əlbir olduğu adamdan 400-500 manat pul tələb edir.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, yayılan səs yazısı barədə araşdırma aparılır:

“Bu barədə ətraflı məlumat veriləcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru