BÖHRAN: “Aİ-92” markalı benzin bahalana bilər

14-06-2022, 18:10           
BÖHRAN: “Aİ-92” markalı benzin bahalana bilər
Bu ilin ilk 4 ayı ərzində xarici ölkələrdən Azərbaycana 70 min 722,7 ton “Aİ-92” markalı benzin idxal olunub.
Teref.az yeniavaz.com-a istinadən bildirir ki, idxal olunan benzinin gömrük dəyəri 74 milyon 491,21 min dollar olub. 1 ton benzinin 1 310 litr olduğunu nəzərə alsaq, o zaman ölkəyə gətirilən benzinin 1 litrinin gömrük dəyəri 80 sent və ya mövcud məzənnə (1 dollar/1,7 azn) ilə hesablandığı zaman 1,37 manata bərabər olur.
Onu da qeyd edək ki, ölkəyə idxal olunan “Aİ-92” markalı benzinin miqdarı ötən ilin eyni dövrü ilə müqayisədə 14 dəfə, gömrük dəyəri isə 31 dəfə artıb.
Belə ki, ötən ilin ilk 4 ayı ərzində ölkəyə 2 milyon 387,04 min dollar dəyərində 4 min 995,64 ton “Aİ-92” markalı benzin idxal edilib. Nəticədə, ötən ilin ilk 4 ayında ölkəyə idxal olunan benzinin 1 litrinin gömrük dəyəri 36 sent və ya 62 qəpik olub.


Bu ilin ilk 4 ayında idxal olunan “Aİ-92” markalı benzinin 19 min 62,89 tonu (27%-i) Türkmənistandan, 51 min 659,81 tonu (73%-i) isə Rusiyadan gətirilib. Türkmənistandan alınan benzinin 1 litrinin gömrük dəyəri 1,34 manat, Rusiyadan alınan benzinin 1 litrinin gömrük dəyəri isə 1,38 manat olub.
Rəqəmlərdən də göründüyü kimi, “Aİ-92” markalı benzini xaricdən baha (1,37 azn) alınıb ucuz (1 azn) satılır.
“Aİ-92” markalı benzinin idxalı nə vaxta kimi davam edəcək? İdxal olunan benzinin qiymətinin daxil bazardakı qiymətdən yüksək olması benzinin bahalanmasına səbəb ola bilərmi?
Bu sullara cavab almaq üçün SOCAR-a rəsmi müraciət ünvanlasaq da, sullarımıza cavab ala bilmədik.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru