Salyanın məhşur iş adamına nazirlik astronomik həddə cərimə kəsib – Hacı Qurban dövlətin qanunlarını necə pozub...

8-04-2015, 11:42           
Salyanın məhşur iş adamına nazirlik astronomik həddə cərimə kəsib – Hacı Qurban dövlətin qanunlarını necə pozub...
Dünən məlumat verərək bildirmişdik ki, məşhur salyanlı iş adamı, oğlunun qalmaqallı toyu ilə yadda qalan və onlarla şirkətin sahibi Hacı Qurbanın başı cəncəldədir. DİA.AZ-a rayondakı qaynaqlardan verilən xəbərlərdə qeyd olunurdu ki, artıq Hacı Qurbanın şirkətlərində vergi yoxlamaları başlayıb. Bu prosesin məşhur iş adamına baha başa oturacağını söyləyən mənbə dia.az-a açıqlamasında Hacı Qurbanın Azərbaycanı birdəfəlik tərk etmək niyyətinə düşdüyünü də bildirmişdi.

Qaynağın redaksiyamıza söylədikləri: "Vəziyyət artıq dəyişib. Son proseslər də təsdiqləyir ki, dövlət dünənə qədər göz yumduğu vergi cinayətlərinin artıq ört-basdır edilməsinə şərait yaratmaqda maraqlı deyil. Hazırda Hacı Qurbanın dövlətdən 3 milyon manata yaxın vəsaiti gizlətdiyi təxmin olunur. Bu məbləğ təxminidir və arta da bilər".

Mənbə dia.az-a bildirib ki, bu səbəbdən başının daha çox ağrıyacağını yaxşı bilən Hacı Qurban kapitulyasiya qərarı verib: "Ona aid şirkətlərdən birinin Türkiyənin Ziraat Bankında hesabı var. Həmin hesabı müvafiq dövlət qurumları nəzarətə alsalar, çox faktlar aşkarlanar".

DİA.AZ-a daxilolan son informasiyada isə qeyd olunur ki, Hacı Qurbana aid “ilkin N” şirkətinə Vergilər Nazirliyi tərəfindən yüklü miqdarda – 2 milyon manat həcmində cərimə kəsilib. Bundan əlavə, şirkətin yol verdiyi qanun posuntuları ilə bağlı hüquqi tədbirlərin görülmsəi üçün toplanmış materiallar müvafiq dövlət qurumlarına göndərilib.

Hər halda belə bir şəraitdə Hacı Qurbanın durumunun daha da gərgin olduğu anlaşılır. Amma o da məlumdur ki, tanınmış iş adamı da ehtiyat tədbirlərini görməkdədir... Yəni artıq Azərbaycanı asta-asta tərk edir.

Bütün bu iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.