Deputat:Bağçalar Xəyalə Əhmədzadənin monopoliyasındadır- "kəsdiyi başa zaval yoxdur"

29-06-2022, 12:24           
Deputat:Bağçalar Xəyalə Əhmədzadənin monopoliyasındadır-
“Azərbaycan məktəbləri əsl poliqona çevrilib. "Georgi lenti" tədbirindən sonra dini mahnıların oxudulması gəldi. Nazirlik Bakı şəhəri 164 nömrəli məktəbin direktorunu alqışladı, Yevlax şəhər 1 nömrəli məktəbin direktoruna isə töhmət verildi. Bunlar təsadüfən qeydə alınanlardır. Məktəbə yaraşmayan hərəkətlərin sayı-hesabı yoxdur. Məktəb monopolistlərinin hər biri öz direktorunu qoruyur”.

Teref.az-ın xəbərinə görə, bunu deputat Etibar Əliyev deyib.

“Bakı məktəb direktorlarının bildirdiyi kimi, bir məktəb monopolisti də var, lakin onu gizlədirlər. BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə. Yuxarıdakı dost və aşnalarına arxalanaraq idarə içində idarə yaradıb. Baxça monopoliyası da ona verilib. Deyirlər ki, “kəsdiyi başa zaval yoxdur”. Direktor təyinatı məsələsini anındaca həll edir...Fuad Babayevlə rəqabətdə irəli də keçə bilib. Məktəbi dağıdanlardan qoruyaq!” – E.Əliyev qeyd edib. (Pravda)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru