"Optimal Elektroniks"ə qarşı fırıldaq ittihamı - ŞİKAYƏT VAR

2-05-2016, 16:58           

Ötən günlərdə «Optimal Elektroniks» MMC-nin müştərilərinə qarşı fırıldaq işlədərək, onlardan daha çox qazanmaq istədiyinə dair məlumat vermişdik.

JAM.AZ-a müraciət edən Coşqun Əhmədov və Ramin Məhərrəmov bildirirdilər ki, 10.04.2012-ci il tarixində «Optimal Elektroniks» MMC-nin mağazalar şəbəkəsindən «Toşiba» adlı mal kreditlə alıblar. Ayda 206 manat ödəməklə iki il müddətinə götürülmüş kreditin ödənişində hər hansı bir sıxıntı olmayıb. Hər iki şəxs üzərlərinə düşən kredit öhdəliyini vaxtında yerinə yetirərək, 24 ay ərzində 4896 manat vəsaiti ödəyiblər.
Lakin «Optimal Elektroniks» MMC 2016-cı ildə hər iki şəxsi məhkəməyə verərək, onların kreditləri ödəmədiklərini iddia edib. Xətai rayon Məhkəməsinin hakimi Səadət Səlimova isə məsələnin əslini araşdırmayaraq, Coşqun Əhmədov və Ramin Məhərrəmovu günahkar çıxarıb. Onların guya, kredit aldıqları məhsulun 482 manat manatlıq hissəsini ödəməyiblər. Buna görə, çıxarılan qərarda hər iki şəxsin bərabər şəkildə 482 manatı, habelə 100 manat cərimə və 21 manat rüsumu ödəməsi tələb olunub.
Çox maraqlı məqamlardan isə biri də odur ki, adları çəkilən şəxslərə heç bir məhkəmə bildirişi gəlməyib. Elə onlarsız da məhkəmə prosesi keçirilib. Bu açıq şəkildə hüquq pozuntusu olmaqla yanaşı, həm də sifarişlə çıxarılmış qərar olaraq diqqəti çəkir.
Məsələ ilə bağlı JAM.AZ-a açıqlama verən Coşqun Əhmədov bildirib ki, məhkəməyə verilmələrindən proses yekunlaşdıqdan sonra xəbər tutublar. «Biz firmadan aldığımız malın pulunu vaxtında ödəmişik. Bir qara qəpik belə borcumuz qalmayıb. Ödədiyimiz pulların çekləri də əlimizdədir və onu sizə təqdim edirik. Həmin məbləğ tam ödənildiyi halda bizim məhkəməyə verilməyimiz hansı məqsəd daşıyır?»
Zərərçəkən vurğulayıb ki, məhkəməyə verilmələri, habelə cərimə olunmaları ailə üzvlərinə pis təsir edib. Hətta Əhmədovun yaşlı anasının şəkəri də qalxaraq, təhlükəli həddə çatıb. Komə vəziyyətinə düşən müştərinin anasını həkimlər güclə həyata qaytarıblar. «Optimal Elektroniks» MMC-ni başımıza açdığı oyundan dolayı məhkəməyə verməyə hazırlaşırıq. Biz şirkətdən mənəvi təzminat tələb edəcəyik. Qoy, bizə atdıqları şər və böhtandan dolayı, habelə ailə üzvlərimə vurduğu zərərə görə təzminat ödəsinlər».
Qeyd edək ki, «Optimal Elektroniks» MMC-nin ödəniş müddətinin bitməsindən iki il sonra məhkəməyə müraciət etməsi kifayət qədər şübhəlidir. Elə şübhənin əsli də bu günlərdə ortaya çıxıb. JAM.AZ xəbər verir ki, MMC rəhbərliyi adları çəkilən keçmiş müştərilərini çağıraraq, onlara qarşı yanlış addım atıldığını bildirib. Ardından isə onlara «Optimal Elektroniks» MMC-yə heç bir borcları olmadığına dair maliyyə sənədi verib.
Baş verənlərdən belə anlaşılır ki, şirkət pullarını ödəmiş müştərilərini məhkəməyə verməklə ikinci qazanc mənbəyi güdüblər. Əks təqdirdə, iki il əvvəl ödənişi bitdiyi bir prosesə görə məhkəmə yoluyla qətnamə çıxarmaq heç bir məntiqə sığmır. Həmçinin anlaşılan odur ki, şirkət bunu bütün müştərilərinə qarşı etməyi hədəfləyib. Yalnız səsini çıxaran və ya şikayət edənləri razı salaraq, işi ört-basdır etmək istəyir. Elə Coşqun Əhmədov da məhz şikayətçi düşdüyü üçün ona borcunun olmamasına dair maliyyə sənədi veriblər. Bu imkanları olmayanlar və ya azca qorxmuş adamların isə başına müsibət açılması daha real görünür. Hətta onu da iddia etmək mümkündür ki, sözügedən şirkət yəqin ki, daha neçə-neçə müştərisinin başına bu cür oyunlar açmaqdadır. Sadəcə, onların səsləri çıxmır. JAM.AZ məsələni araşdıraraq, bununla bağlı əlavə məlumatlar verməyə çalışacaq.


"Optimal Elektroniks"ə qarşı fırıldaq ittihamı - ŞİKAYƏT VAR












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.