Beynəlxalq Bankın Yevlax rayon filialından daha bir qanunsuzluq - İTTİHAH

2-05-2016, 17:51           


Məlumata əsasən vətəndaş qızıl girov qoyaraq Beynəlxalq Bankın Yevlax rayon filialından kredit götürüblər. Bir neçə ayını ödəyiblər. Sonra ödəyə bilmədikləri üçün kreditin ödənişində ləngimələr baş verib. Bizə müraciət edən Kəlbəcər rayon sakini Mərdanov Şaiq Yaqub oğlu və İmranov Elman Nərman oğlu bildirirlərki bank onlara heç bir xəbərdarlıq etmədən banga girov qoyduqları qızılı satıblar.
Məlumat verən mənbə iddia edirki bankın müdiri Təranə xanım və onun yaxın qohumu (qardaşı və ya bacısı oğlu olduğu deyilir) ilə əlbir olaraq vətəndaşa məxsus və bankın girovu olan qızıl zinyət əşyalarını satıblar. teref.az xia.az-a istinadən yazır ki, vətəndaşlar bildirirki,onlar heç bir məhkəmə prosesində iştirak etməyiblər,bank rəhbərliyi onların girovlarının satılacağı ilə bağlı onlara rəsmi və ya şifahi heç bir məlumat verilməyib.
Bu qanunsuzluqlardan belə görsənirki filial rəhbəri öz şəxsi maraqlarına əsasən vətəndaşa məxsus və bankın girovu olan qızıl əşyalarını sataraq kreditin ödənişini etmiş və qalıq pulu isə mənimsəmişlər.
Qanunvericilikdə görsənirki hər bir bank məhkəmənin qərarı olmadan vətəndaşa məxsus girovu sata bilməz. Əgər girov hərraca cixarılaraq satılırsa ilk növbədə onu girov sahibinə təklif edilir. Əgər girov sahibi imtina edərsə onda girov bazar qiyməti dəyərində satılmalı əldə edilən pulun banka borcu olan hissəsi ödənilməli və qalan hissəsi isə girov sahibinə qaytarılmalıdı.

Filial müdiri və onun bacısı oğlu ilə əlbir olaraq vətəndaşa məxsus girovu satıblar və keçiriln "hərracdan" müştərinin xəbəri olmayıb.

Media olaraq bu haqsızlıqla bağlı prokrorluğa müraciət etmişik və mövzuya yenidən qayıdacağıq.

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.