Bezindən qurd çıxan firmadan – Çağırış

2-05-2016, 23:37           

"Leylək” firmasının uşaq bezindən qurd çıxması haqda xəbərlərə reaksiya verilib.

Vizual.az-ın yaydığı foto materialda bezi qurd basdığı qeyd olunmuşdu. Şirkətdən elektron ünvanımıza göndərilən press-relizdə bildirilib ki, ölkənin ilk bez istehsalçısı olaraq böyük məsuliyyətin altına giriblər:

"Hər zaman bu məsuliyyətin böyüklüyünü anlayaraq istehsalatımızı genişləndirdik, təkmilləşdirdik. Müştərilərimizə daha yaxın olmaq, onları dinləmək üçün 24 saat aktiv olan xəttimizi yaratdıq.

Hazırda mediada yayılmış görüntülər şirkətimizi güclü şəkildə narahat etmişdir. Mediada məsələsinin birbaşa olaraq şirkətdən qaynaqlandığı ilə bağlı bir görüntü yaradılır. Məsələ ilə azacıq bilgisi olan hər bir insan anlayır ki, burada məhsulun saxlanılma yeri və şəraiti önəmli rol oynamaqdadır.

Biz məhsullarımzı paketləyərkən hər birini detallı şəkildə yoxlayır və problem olmadığı halda paketlərə yerləşdiririk. İstehsalatımızın hər bir fazası keyfiyyət nəzarətindən keçirilərək həyata keçirilir.

Lakin bütün bunlara bərabər məsələni tamamilə şirkətimizin üzərindən atmaq kimi bir niyyətdə olmadığımızı da bilmənizi istəyirik. Bu səbəbdən hər zaman olduğu kimi media nümayəndələrinin, vətəndaşların zavodumuzu ziyarət etməkdə sərbəst olduqlarını nəzərinizə çatdırmaq istəyirik”.

Şirkətdən ayrıca qeyd olunub ki, şikayət şirkətimizə daxil olduğu andan etibarən, işin nəzarəti rəhbərlik səviyyəsində aparılır və bunun üçün incə çalışma aparılır: "Bu çərçivədə dəfələrlə şikayətçi ilə əlaqə saxlanılıb və bütün hallar izah olunub.

Bununla yanaşı şikayətçidən aparılacaq testlər üçün nümunələr tələb olunub. Şikayətçi tərəfindən 58 ədədlik paketdən 2 ədəd təqdim olunub amma bu say ümumi araşdırma üçün yetərli olmadığından yenidən test üçün daha çox bezin təqdim edilməsi tələb olunub. Belə bir araşdırma 1 aylıq bir müddət aparacaq və nəticəni əldə edən kimi şirkətimiz bütün məlumatları və analiz cavablarını media və vətəndaşlarla bölüşəcək”.

Vizual.az olaraq qarşı tərəfin mövqeyini dərc etməklə yanaşı şirkətin dəvətini gözlədiyimizi, zavoddan geniş reportaj yazmağa hazır olduğumuzu bildiririk. Bu firma ilə bağlı araşdırmalarımız davam edir.
teref.az olaraq bizdə firmanın verdiyi cavabdan heçdə razı qalmadığımzı qeyd etmək istəyirik və daha ətraflı bir izzahatı gözləyirik!
Qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq.
teref.az













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.