MASALLI BAYTARLIQ İDARƏSİNDƏN DAHA BİR - FAKT
3-05-2016, 00:16
Ötən sujetlərdə Masallı rayon baytarlıq idarəsinin rayonda qanunsuzluğa yol verməsi barədə məlumat vermişdik.
Əməkdaşlarımız araşdırmanın davamı olaraq Masallının Mololon, Rüdəkənar və Mahmudavar kəndlərində fərdi təsərüfat sahibləri ilə görüşüblər
Araşdırma zamanı məlum olub ki, Mololon kənd sakinləri əksəriyyəti heyvandarlıqla məşğuldur.
Burada ilk rast gəldiyimiz adam da, yarızarafat, yarıciddi dedi: “Camaatımızın iki sənəti var. fəhləlik və heyvandarlıq.” Həqiqətən də, həyətlərdə və örüş sahələrində rast gəldiyimiz mal-qara da əhalinin bu sahəyə üstünlük verdiyini sübut edirdi.
Kənd sakinləriylə söhbətimizdə onlar birmənalı şəkildə bildirdilər ki, dövlətin heyvandarlıq üçün ayırdığı pulsuz vaksinlər haqqında xəbərləri yalnız televizorlardan eşidirlər..(region-xeber)Sakinlərin dediyinə görə, indiyə qədər bir dəfə də olsun, Mololon kəndində vaksinasiya işi aparılmayıb. Ona görə də, təkcə keçən il müxtəlif xəstəliklərdən, o cümlədən hazırda vaksinlərin məcburi vurulması nəzərdə tutulan Dermatit xəstəliyindən onların iri buynuzlu heyvan tələf olmuşdur.
Camaat məcbur olub, baytar həkimlərini Lənkəranın yaxın kəndlərindən – Separadi, Cil və Şağlaser kəndlərindən gətirib heyvanlarına peyvənd vurdurur,
Şikayətçilərin dili ilə desək, onların heyvanları xəstəliyə tutulanda onlar məcbur olub bütün dərmanları apteklərdən öz vəsaitləri ilə alırlar.
Ən çox narazıçılıqlar isə, əraziyə baxmalı olan sahə baytar həkim Cəsayil Səfərodan oldu.Onuda demək lap yerinə düşər əməkdaşlarımız ərazidə apardığı çəkliş zamanı Masallı rayon baytarlıq idarəsinin əməkdaşları rayon baytarlıq idarəsi ilə bağlı Şök faktlar komeralarımız danışdı. Gələn saymızda həmin kadırı təqdim edəcəyik.rublika.az
Qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!
teref.az