Niyə yerli bazarda dərmanlar qəhətə çəkilib? – “Bu sahədə quldurluq...”

15-08-2022, 22:09           
Niyə yerli bazarda dərmanlar qəhətə çəkilib? –
Son zamanlar ölkəmizdə yaşanan dərman qıtlığı əhalinin narazı qaldığı məsələlərdəndir. Axtardıqları dərmanı əldə etməkdə çətinlik çəkirlər, tapa bilmirlər. Alternativ olaraq, başqa dərman təklif edilir. Bu isə baha və keyfiyyətsiz olur. Azərbaycanda dərman preparatlarının qiymət və keyfiyyəti qənaətbəxş olmadığı üçün insanlar digər Türkiyə və Gürcüstan bazarlarına üz tuturlar. Hətta eyni dərmanın keyfiyyət və tarifində xeyli fərq müşahidə olunur. Lakin digər dövlətlərdən gətirilən dərmanların əlimizə çatması bir az zaman alır. Ona görə də axtardığımızı öz apteklərimizdə tapmaq arzuolunandır.

Maraqlıdır, baha və keyfiyyətsiz olsa da belə, niyə yerli bazarda dərmanlar qəhətə çəkilib? Teref.az-ın məlumatına görə, həkim, ictimai- siyasi xadim Zəlimxan Məmmədli "Sherg.az"a bildirib ki, dərmanların yox dərəcəsində olması və qiymətlərin bahalığının səbəbi bəzi məmurların acgözlüyünün nəticəsidir:

"Sistem yenilənməlidir. Millətimizə normal, təmiz, yüksək keyfiyyətli dərmanlar satılmalıdır. Eyni zamanda qiymətləri xalqımızın cibinə uyğun şəkildə tənzimləmək lazımdır. Bu sahədə quldurluq halları müşahidə edildiyi üçün müəyyən fəsadlara rast gəlinir".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.