BOLT taksilərinin özbaşınalığından şikayətlər bitib tükənmir...

29-09-2022, 09:28           
BOLT taksilərinin özbaşınalığından şikayətlər bitib tükənmir...
Bizdə nəyə yaxşı deyiriksə, əngəli çıxır. BOLT taksiləri çox pis oyunlar oynayır sərnişinlərlə. Artrıq 4-cü dəfədir ki, mənə gələn mesajdakı məbləğlə sürücüyə gələn mesajda xeyli fərq yaranır. İndicə Qoşa qaladan Sahil metrosunun yanına qədər 1.54 qəpik yazdı, ünvana çatanda sürücü 3.90 istədi və verdiyim puldan həmin məbləği çıxdı. Şirkətin neçə nömrəsi ilə əlaqə saxladımsa, nəticə olmadı...
Teref.az yazır ki, bunu ədəbi tənqidçi İradə Musayeva deyir. Daha sonra İradə xanım deyir ki, düzdür, hər addımda aldadılan Azərbaycan vətəndaşı kimi çox narahat olmadım, amma bilirəm ki, bu hal daha tez-tez baş verəcək. Ona görə də reaksiya vermək istədim... Qeyri-əxlaqi davranış, qeyri-etik qazanc siyasəti!!! Ayıb olsun!
P.S. Bolt sifariş edəndə sizə gələn məbləği əvvəlcədən əlinizdə saxlayın, əsla bütöv pul verməyin ki, onlar da istədiyi məbləği çıxa bilsin...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.