“Azəriqaz” əlillərin yolunu BAĞLADI - FOTOFAKT

17-10-2022, 12:46           
“Azəriqaz” əlillərin yolunu BAĞLADI - FOTOFAKT
Bakının mərkəzində əlilliyi olan şəxslərin hərəkətinə bilərəkdən müdaxilə edilib. Söhbət Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən Azenko binalarının yanındakı yoldan gedir.

Belə ki, “Azəriqaz” İstehsalat Birliyi ərazidə fiziki məhdudiyyətli şəxslər üçün düzəldilmiş yolu bağlayıb.

Sosial şəbəkədə ictimailəşən məsələ ilə bağlı görüntülər paylaşılıb. Fotolardan da bəlli olur ki, fiziki əngəlli şəxslərin istifadə etdiyi yol qaz xətti çəkilən borularla bağlanıb.

DİA.AZ bildirir ki, “Azəriqaz” İstehsalat Birliyindən Bizim.Media-ya məsələnin qısa zamanda araşdırılıb, tədbir görüləcəyi bildirilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru