Sarı, narıncı, qırmızı… Məktəblərdə yeni qayda

19-10-2022, 10:58           
Sarı, narıncı, qırmızı…
Məktəblərdə nizam-intizam qaydalarını pozan şagirdlərə qarşı tətbiq ediləcək inzibati tədbirlər müəyyənləşib.

Elm və Təhsil Nazrliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev bildirib ki, həmin vaxt şagirdlərin davranış səviyyələri nəzərə alınacaq.

Davranış səviyyələrinə görə tətbiq ediləcək inzibati tədbirlər aşağıdakılardır:

– müəllim baxışı, qeyri-verbal münasibət
– şagirdlərlə sakit söhbət
– xəbərdarlıq
– uzaqlaşdırma
– valideyn ilə əlaqə saxlamaq
– dərsdən sonra şagirdin məktəbdə saxlanması
– psixoloqa yönləndirmə
– sarı xəbərdarlıq məktubu
– narıncı xəbərdarlıq
– qırmızı xəbərdarlıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.