Vəzifədən azad edilən qalmaqallı direktorun yerinə yeni təyinat...

19-10-2022, 09:04           
Vəzifədən azad edilən qalmaqallı direktorun yerinə yeni təyinat...
Teref.az xəbər verir ki, Abşeron rayonu Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbin direktoru Çinarə Atayevanın pedaqoqa yaraşmayan əməllərindən və valideynlərin direktorun şagirdlərə qarşı şiddət göstrədiyi barədə yazmışdıq. Abşeron-Xızı Regional Təhsil İdarəsindən aldığımız məlumata görə məktəbin qalmaqallı direktoru dəyişdirilib.
Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Abşeron rayonu Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbə yeni direktor təyinatı baş tutub. Daha əvvəl Abşeron-Xızı Regional Təhsil İdarəsində metodist vəzifəsində çalışan Nuranə Vəliyeva direktor vəzifəsindən azad edilmiş qalmaqallı direktor Çinarə Atayevanı əvəzləyib.

Nuranə Vəliyeva
Xatırlatmaq istəyirik ki, Çinarə Atayeva Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbinə təyin edildiyi 2018-ci ildən bu vaxtadək müxtəlif qalmaqallı hadisələrlə gündəmə gəlməyi bacarıb.
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru