Azərbaycanda universitetdən xaric və bərpa olunmanın hüquqi əsasları formalaşdırılır

19-10-2022, 12:35           
Azərbaycanda universitetdən xaric və bərpa olunmanın hüquqi əsasları formalaşdırılır
Azərbaycanda kollec və universitetdən xaric və ya bərpa olunma, eləcə də akademik məzuniyyət götürmənin hüquqi əsasları formalaşdırılır.

“Report” xəbər verir ki, bununla bağlı “Təhsil haqqında” qanuna dəyişiklik edilməsi təklif olunur.

Qanuna təqdim olunan dəyişikliklər orta ixtisas və ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişidirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilii müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydalarının müəyyən edilməsini ehtiva edir.

Layihə Milli Məclisin Elm və təhsil komitəsinin bugünkü iclasında dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru