Kasıblara maşın sürmək qadağan olunsun!

20-10-2022, 12:31           
Kasıblara maşın sürmək qadağan olunsun!
Bakıdakı dözülməz tıxacın qarşısının alınması üçün, hörmətli “qüdrət naziri” Mikayıl Cabbarova tam səmimi bir ideya verirəm. Onsuz da ölkə də ifrat təbəqələşmə var: çox varlılar və kasıblar. Ancaq nə hikmətdirsə, borcla xərclə olsa da, kasıblar da maşın sürə bilir və yollardakı əsas tıxacı da məhz onlar yaradır.
Çünki onların sürdüyü ucuz maşınlar sayca çoxluq təşkil edir. Utilizasiya ilə bağlı sərt qərar verilməlidir. Özü də bu qərar maşınların buraxılış ilə deyil, qiyməti ilə bağlı verilməlidir. Məsələn, qiyməti 100 min manatdan ucuz maşınların sürülməsi qadağan edilməlidir.
Əvvəllər minik vasitəsi at olub. Onu da yalnız ali məqam sahibləri və imkanlı adamlar minirdi. İndi kim gəldi maşın sürür. Belə olmaz! Təklifim üəbul olunsa, onda yollar da boşalar və biz də küçələrdə yalnız bahalı maşınları görüb, fəxarət hissi keçirərik.
Eyni zamanda, ictimai nəqliyyat üçün də hərəkət asanlaşar. Vallah , yolu budur! Əvvəlcədən deyim ki, mən dərhal maşın sürməsi qadağan edilənlərin sırasına daxil olacam. Yəni bu təklifi öz rahatlığım üçün yox, ümumi işimizin xeyiri üçün verirəm.
P.S. Status BNA rəsmisi hörmətli Mais Aghayevin dünənki ”Şəxsi avtomobildən imtina edin ki, ictimai nəqliyyat yaxşı işləyə bilsin” paylaşımına dəstək məqsədi üçün yazılıb.
Məhəmmədəli Qəribli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru