"İrşad Electronics" də BELƏ İŞLƏYİR... - Telefonu düzəldə bilmədilər, həm də...
21-10-2022, 09:15
"Şikayətim "İrşad Elektronik" mağazalar şəbəkəsidəndir". DİA.AZ bildirir ki, bu barədə sözügedən şirkətdən telefon alan və telefonun fabrikdən deffektli çıxdığını aşkarlayan Rasim Qafarov adlı istifadəçi "Mənim Şikayətim Var" sosial qrupundakı paylaşımında giley edərkən qeyd edir.
Narazı vətəndaş daha sonra yazır: "Telefonu vermişəm... Fabrik deffekti olduğuna görə birinci dəfə duzəltmədən qaytardılar. İkinci dəfə yenə göndərdim... Məndən telefonu alanda yoxladılar... Korpusunda heç bir əyriliyi olmayıb. Deffekti təmir eliyə bilmədiklərindən korpusunu əyib, zəmanəti ləğv edib qaytarıblar".
Vətəndaş bununla bağlı hansı quruma şikayət edəcəyini bilmir.
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...