Azərbaycanda istehsal edilən minik avtomobillərinin sayı AÇIQLANDI

22-10-2022, 10:08           
Azərbaycanda istehsal edilən minik avtomobillərinin sayı AÇIQLANDI
Maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2022-ci ilin yanvar-sentyabr aylarında 377,9 milyon manatlıq məhsul istehsal edilib.


Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sair nəqliyyat vasitələrinin istehsalı 3,2 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 93,7 faiz, maşın və avadanlıqların istehsalı isə 49,4 faiz artmışdır. 2022-ci ilin yanvar-sentyabr aylarında 1510 ədəd və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 42 ədəd az minik avtomobili istehsal olunub.

Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 4,1 faiz azalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru